Astarada ikimərtəbəli evdə yanğın olub

09:56 - 13 Aprel 2022 - HADİSƏ

Astarada ikimərtəbəli evdə yanğın olub.

Ucnoqta.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, rayonunun Şuvi kəndində ümumi sahəsi 576 m² (mansardası və hər mərtəbəsi 192 m²) olan ikimərtəbəli mansarda tipli 6 otaqlı evin yanar konstruksiyaları 384 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Xəbər xətti