Bakıda bıçaqlanma hadisəsi baş verib.
Ucnoqta.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Zabrat qəsəbəsində 1997-ci il təvəllüdlü Qasımov İlfat Elşən oğlu mübahisə zəminində bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona kürək nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.
Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.///report.az