Karantinlə bağlı qadağalar nə vaxt ləğv ediləcək? - AÇIQLAMA

08:22 - 13 Aprel 2022 - Cəmiyyət

"Həm Avropa, həm də Asiya ölkələrində bəlli qadağaların yumşaldılması məsələsi mərhələli şəkildə davam edir. Yəqin ki, Azərbaycanda da yaxın gələcəkdə adiyyəti qurumların vermiş olduğu statistik göstəricilərlə birgə Operativ Qərargah tərəfindən bu qərarlar veriləcək".

Ucnoqta.az xəbər verir ki, bu sözləri Operativ Qərargahın üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov "ARB24"də yayımlanan "Nə baş verir?" verilişində bildirib:

"Mən bir millət vəkili və ekspert kimi ətrafdakı gedişatı nəzərə alaraq bunun labüdlüyünün yaxın gələcəkdə görmək ehtimalımızın çox yüksək olduğunu deyə bilərəm.

Söhbət epidemioloji vəziyyətin ləğvindən getmir. Burada məsələ qapalı məkanlarda maskadan istifadənin aradan qaldırılması və ölkəyə qayıdarkən PCR testlərə ehtiyac duyulmamasından gedir".


​///baku.ws

Xəbər xətti