Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb.
Hərəkətdə olan "Fiat Doblo" markalı minik maşını ilə " VAZ-2107 " markalı avtomobil toqquşub. Qəza zamanı bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.///apa