Zaqatalada 5 yaşlı uşağı avtomobil vurub

21:25 - 12 Aprel 2022 - HADİSƏ

Hadisə günorta saatlarında rayonun Dağlı kəndində baş verib.

Kənd sakini, 2017-ci il təvəllüdlü Tunar Surac oğlu Bayramov "Changan" markalı minik avtomobili tərəfindən vurulub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan 5 yaşlı T.Bayramov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.///apa

Xəbər xətti