Zaqatalada 13 yaşlı oğlanı ilan sancıb
20:34 - 12 Aprel 2022 - HADİSƏ
Zaqatalada 13 yaşlı oğlanı ilan sancıb.
APA xəbər verir ki, hadisə bu gün saat 16 radələrində rayonun Kəpənəkçi kəndində baş verib.2009-cu il təvəllüdlü M. Kərimov yaşadığı evin həyətyanı sahəsində oynayarkən ilan qəfildən onu əlindən sancıb.
M. Kərimova Zaqatala Rayon Mərkəzi Xəstəxanasında lazımi tibbi yardım göstərilib, ilan zəhərinə qarşı zərdab vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.