Metroda sərnişin vəfat edib

09:30 - 12 Aprel 2022 - HADİSƏ

Bakı Metropolitenində ölüm hadisəsi qeydə alınıb. Ucnoqta.az xəbər verir ki, təxminən səhər saat 06:30-da Bakı sakini, 1955-ci il təvəllüdlü Zülfəli Kazımov metronun "Əhmədli" stansiyasının platformasında qatar gözləyərkən dünyasını dəyişib. Onun ürək tutmasından dünyasını dəyişdiyi qeyd olunur. Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, dərhal təcili tibbi yardım xidmətinə məlumat verilib və stansiyaya çağırılıb.

Xəbər xətti