Bakıda 30 yaşlı gənc bıçaqlanıb

08:08 - 12 Aprel 2022 - HADİSƏ

Bakının Xətai rayonunda bıçaqlanma baş verib.

Hadisə Əhmədli qəsəbəsində qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Əliyev Anar Xəqani oğlu tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb.

A.Əliyev döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hüquq mühafizə orqanın əməkdaşları tərəfindən araşdırma aparılır.

Xəbər xətti