Zaqatalada iki avtomobil toqquşub - üç nəfər xəsarət alıb

21:32 - 11 Aprel 2022 - HADİSƏ

Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonu Çobankol kəndi ərazisindən keçən hissəsində baş verib.

Balakən rayonu Hənifə kənd sakini Ruslan Qədirov idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə Zaqatala şəhər istiqamətində hərəkətdə olarkən qarşısına qəfil minik avtomobili çıxıb.

Bundan sonra idarəetməni itirən sürücü avtomobili aşırıb.

Qəza zamanı avtomobildə olan üç sərnişin aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda yaralılara ilkin yardım göstərilir və şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti