Xaçmazda 4 otaqlı evdə yanğın olub

20:07 - 11 Aprel 2022 - HADİSƏ

Xaçmaz rayonunun Şollar kəndində evdə yanğın olub.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evin 3 otağı və dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti