Salyanda “Ceep” aşıb - ölən və yaralananlar var

19:36 - 11 Aprel 2022 - HADİSƏ

Salyanda baş verən yol qəzasında ölən və xəsarət alanlar var. Hadisə rayonun köhnə Ələt-Astara magistralının Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Ceep” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində bir qadın hadisə yerində ölüb, iki nəfər kişi isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti