İnsan alverində təqsirləndirilən Aynur Fərruxova və Şirin Məmmədovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror təqsirləndirilən şəxslərin hər birinin 9 il azadlıqdan məhrum edilməsini istəyib.
Vəkillər müdafiə çıxışı üçün vaxt istədiyinə görə proses aprelin 15-ə kimi təxirə salınıb.
Xatırladaq ki, Aynur Fərruxova və Şirin Məmmədova hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatla həbs olunublar.
İttihama görə, hər iki şəxs ölkə hüdudlarından kənarda zərərçəkmişləri cinsi istismara məruz qoyublar.
Onlar barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (İnsan alveri iki və daha çox şəxs barəsində törədildikdə) maddəsi ilə yekun ittiham verilib.