Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində bir nəfərin dənizdə batma təhlükəsi ilə üzləşib.
Ucnoqta.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupunun qüvvələri cəlb edilib.
Həyata keçirilən xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan vətəndaş dalğıc-axtarış qrupunun dalğıcları tərəfindən xilas edilib.