Goranboyda maşın dəmir arakəsməyə çırpılıb, xəsarət alanlar var

16:11 - 9 Aprel 2022 - HADİSƏ

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax yolunun Goran qəsəbəsindən keçən hissəsində qeydə alınıb. “KamAZ” markalı maşınının sürücüsü idarəetməni itirdiyindən maşın yol kənarında olan dəmirə çırpılıb. Hadisə nəticəsində 10-a yaxın şəxsin xəsarət aldığı bildirilir.

İlkin xəbərə görə, qəzaya səbəb “KamAZ”-ın qarşısında digər avtomobilin qəflətən əyləci basaraq manevr etməsi olub.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti