Xırdalan şəhərində avtomobil piyadanı vurub.
Bir neçə gün əvvəl 1952-ci il təvəllüdlü Kamal Davıdov şəhərin Məmməd Əmin Rəsulzadə küçəsində yolu keçərkən "VAZ-21074" markalı avtomobil tərəfindən vurulub.
Ağır xəsarət alaraq Respublika Klinik Xəstəxanasına yerləşdirilən piyada orada ölüb.
Faktla bağlı araşdırma aparılır.