Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto

08:51 - 9 Aprel 2022 - HADİSƏ

Ukraynanın Mariupol şəhərində gedən döyüşlər zamanı Rafael Ağayev adlı daha bir azərbaycanlı həlak olub. Ucnoqta.az xəbər verir ki, Ağayevin həlak olması xəbərini dostu və biznes ortağı Leonid Ostalsev verib. Onlar birlikdə "Pizza Veterano" şəbəkəsini qurmuşdular. "Rafael Ağayev Ukrayna dəniz piyadalarının tərkibində Mariupolu müdafiə edərkən qəhrəmancasına həlak olub”, - deyə Ostalsev qeyd edib. Ostalsev mərhumun pizza restoranının sahibi olduğunu da bildirib. Qeyd edək ki, bir müddət əvvəl Ukraynada azərbaycanlı snayper Elnur Həsənov Kiyev uğrunda gedən döyüşlərdə vəfat etmişdi.

Xəbər xətti