Biləsuvarda dələduzluq edən şəxs həbs olundu

12:40 - 8 Aprel 2022 - HADİSƏ

Biləsuvarda 29 nəfərə qarşı dələduzluq edən şəxs həbs olunub.

Bu barədə Ucnoqta.az-a rayon prokurorluğundan məlumat verilib.

Biləsuvar rayonu Aşağı Cürəli kənd sakini Elman Nuriyevin qanunsuz əməlləri barədə rayon prokurorluğuna daxil olmuş vətəndaş müraciətləri əsasında araşdırma aparılmışdır.

Aparılmış araşdırmalarla, 24 avqust 2021-ci il tarixdən “DOST İş Mərkəzi” MMC-də ictimai işlərə cəlb olunmuş Elman Nuriyevin özünü Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin işçisi kimi, yəni özünü vəzifəli şəxs kimi təqdim edib dövlət özünəməşğulluq proqramı çərçivəsində iş və ünvanlı dövlət sosial yardımla təmin edəcəyi barədə yalan vədlər verməklə 29 nəfər şəxsdən ümumilikdə 16 min manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməsinə, eyni zamanda həmin şəxsləri rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanmışdır.
Elman Nuriyeva Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq davam edir.

Xəbər xətti