"7 700-ə yaxın şəhid ailə üzvünə vərəsəlik şəhadətnamələri verilib" - Nazirlik

"Vətən müharibəsi iştirakçıları ilə bağlı həyata keçirilən sosial dəstək proqramları çərçivəsində 7 700-ə yaxın şəhid ailə üzvünə qısa müddətdə vərəsəlik şəhadətnamələri təqdim edilib".

Bunu Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov deyib.

Nazir müavini onların sosial ödəmələrinin vaxtında təmin olunduğu, bu sahədə məlumatlılığın artırılması məqsədilə nazirliyin rəsmi internet saytında “Vərəsəlik şəhadətnaməsi” adlı bölmənin istifadəyə verildiyi qeyd edib.

O bildirib ki, şəhid ailələrinə yardım məqsədilə xüsusi notariuslar onlara göstərilən xidmətləri vətəndaşlıq mövqeyindən çıxış edərək öz hesabına həyata keçirirlər.///report

Tarix
26 Yanvar 2022 [18:37]
Müəllif
Üç nöqtə
2022-01-26 18:37:46
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin