Ramin Bayramlı Məleykə Abbaszadəyə müşavir təyin edilib? - DİM sədrindən AÇIQLAMA

12:00 - 26 Yanvar 2022 - Xəbər

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İdarə Heyətinin keçmiş sədri Ramin Bayramlının Dövlət İmtahan Mərkəzində yeni vəzifəyə təyinat alması ilə bağlı məlumat yayılıb. Onun müaşvir vəzifəsinə təyin edildiyi qeyd olunub.

Ucnoqta.az xəbər verir ki, məsələ ilə bağlı DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Manset.az-a özəl açıqlama verib:

“Ramin Bayramlını özümə müşavir təyin etməmişəm. Mənim bir müşavir var. Onu işdən çıxarmamışam ki, yerinə kimisə  təyin edim. Adıçəkilən şəxs  DİM-də qeyd olunan vəzifəyə təyinat almayıb”.

Xəbər xətti