“WhatsApp”da YENİLİK: Android və İOS istifadəçiləri mesajları... - FOTO

20:59 - 24 Yanvar 2022 - DİGƏR

Dünyanın ən məşhur mesajlaşma proqramı olan “WhatsApp”a daha bir yenilik gəlir. 

Tətbiq söhbət tarixçəsini Android cihazlarından iOS-a köçürməyə imkan yaradan funksiyasını təqdim edib. 

Telefonunu dəyişdirən insanlar çox vaxt bu problemdən əziyyət çəkirdilər. Çoxsaylı şikayətləri nəzərə alan şirkət bu problemi aradan qaldırmağa qərar verib. 

Qeyd edək ki, əvvəllər mesajları İOS cihazlarından Androidlərə ötürmək mümkün idi. ///lent.az


Xəbər xətti