Baş prokuror ötən il üstü açılan cinayətlərin sayından DANIŞDI

“2021-ci ildə qeydə alınmış 31 131 cinayətin 87,3 faizinin üstü açılıb. 2020-ci il ilə müqayisədə cinayətlərin üstünün açılmasında artım müşahidə edilir”.

Bu sözləri Baş Prokurorluqda 2021-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında çıxışı zamanı baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, bu artım eyni zamanda 2019-cu il ilə müqayisədə də artıb:

“2021-ci il üzrə bütün törədilmiş cinayətlərin üstünün açılması faiz etibarı ilə 87,3 olub. 2020-ci ildə prokurorluq əməkdaşları tərəfindən üstü açılan cinayətlərin faiz göstərici 84 faiz olub. Ədalət naminə qeyd etmək lazımdır ki, bu cinayətlərin üstünün açılması prokurorluq orqanları ilə yanaşı daxili işlər orqanlarının da müstəsna rolu vardır”.///oxu.az

Tarix
24 Yanvar 2022 [10:23]
Müəllif
Üç nöqtə
2022-01-24 10:23:56
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin