Milli Məclisdə insan haqları ilə bağlı Çevik Qrup yaradılacaq

10:18 - 24 Yanvar 2022 - Xəbər

Milli Məclisin İnsan hüquqları komitəsinin yanında insan haqları ilə bağlı Çevik Qrup yaradılacaq.

Ucnoqta.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, bu, komitənin 2022-ci il yaz sessiyasının işləri planında əksini tapıb.

Planda insan hüquqları profilli QHT-lərlə növbəti silsilə görüşlərin keçirilməsi, müzakirələrin nəticələrinin və təkliflərin aidiyyəti qurumlara göndərilməsi və hüquq profilli QHT-lərlə keçirilən görüşlərdə “Komitə yanında insan haqları ilə bağlı Çevik Qrupun” yaradılması ilə bağlı təklifin reallaşdırılması yönündə tədbirlərin görülməsi nəzərdə tutulub.

Xəbər xətti