Sumqayıtda avtomobil piyadaları vurub

Sumqayıt şəhərində avtomobil piyadaları vurub. "Report"un məlumatına görə, hadisə şəhərin mərkəzi ərazisində qeydə alınıb. Avtomobil yolu keçən 1987-ci il təvəllüdlü Məmmədli Vahab Əli oğlunu və 1980-ci il təvəllüdlü Yadigarov Elnur Zaur oğlunu vurub. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı V.Məmmədliyə müştərək travma, E.Yadigarova isə sol baldır sümüklərinin yerdəyişən sınıqları diaqnozları qoyulub. Hadisənin təfərrüatı araşdırılır.
Tarix
23 Yanvar 2022 [08:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-01-23 08:27:17
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin