Bakıda ikimərtəbəli evdə yanğın olub

17:22 - 22 Yanvar 2022 - HADİSƏ

Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 250 m² (hər mərtəbəsi 125 m²) olan ikimərtəbəli evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 25 m² sahədə yanıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti