Bir çox insanlar elə bilir ki, alimenti yalnız kişi verməlidir. Bu yanlış bir təsəvvürdür.
Bu sözləri “Ucnoqta.az”a açıqlamasında Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov deyib. Onun sözlərinə görə, qanunvericilikdə nəzərdə tutulur ki, uşaq hansı valideyndə qalırsa qarşı tərəf uşağın saxlanılması üçün digər tərəfə aliment ödəməlidir:
“Əgər məhkəmə uşağın kişidə qalması qənaətinə gəlibsə, artıq ana ataya uşağın saxlanılması ilə bağlı aliment ödəməyə məcburdur. Yəni, burada kişi və qadın arasında ayrıseçkilik yoxdur. Hər iki valideyn aliment ödəməklə bağlı bərabər hüquq və vəzifələrə malikdir”.
Könül Oruc