ABŞ-da polis reanimasiyada olan xəstəni güllələyib

ABŞ-ın Şimali Karolina ştatında polis xəstəxananın reanimasiya şöbəsində müalicə alan şəxsi güllələyib. Bu barədə “Report” “ABC News” istinadən xəbər verir. Kanalın məlumatına görə, kişi Durham polisinin nəzarətində olub və Dyuk universitetinin xəstəxanasında müalicə olunurmuş. Lakin saxlanılan şəxs polis əməkdaşına hücum edərək onun silahını götürüb. Polis isə öz növbəsində üzərində olan digər tapança ilə saxlanılan şəxsi güllələyib. Xəstəxananın tibb işçiləri kişiyə tibbi yardım göstərsələr də, o, dünyasını dəyişib.
Tarix
16 Yanvar 2022 [09:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-01-16 09:15:49
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin