Bakıda istismara tam yararsız binaların sayı açıqlandı

18:26 - 13 Yanvar 2022 - Xəbər

Bakıda istismara tam yararsız binaların sayı açıqlanıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, hazırda Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı departamentinin balansında 11 minə yaxın çoxmənzilli yaşayış binası mövcuddur.

"Bu binalardan 98-i istismara tam yararsız vəziyyətdədir. Həmin binaların yararsız olması barəsində bizə Fövqəladə Hallar Nazirliyi tərəfindən rəy verilib. Rəyə əsasən, Nazirlər Kabinətinə müraciət edilib”, - deyə məlumatda qeyd olunub.

Xəbər xətti