Prezident İlham Əliyev sabah Ukraynaya gedir

16:21 - 13 Yanvar 2022 - Xəbər

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya işgüzar səfər edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, yanvarın 14-də Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş olacaq.

Görüşün yekununda iki ölkənin liderləri KİV nümayəndələri üçün açıqlama verəcəklər.

Xəbər xətti