Bir qrup qazi DİN qarşısında aksiya keçirib - AÇIQLAMA

14:40 - 13 Yanvar 2022 - Xəbər

Bir qrup qazi Daxili İşlər Nazirliyinin qarşısında aksiya keçirib.

Ucnoqta.az xəbər verir ki, qazilər onlara məxsus obyektdə qanunsuz polis müdaxiləsinə məruz qaldıqlarını bildiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, mayor Elşad Hacıyev jurnalistlərə bildirib ki, qazilərin şikayəti ilə bağlı araşdırma aparılır.

DİN rəsmisi qeyd edib ki, qazilərə məxsus obyektlərdə qeyd edilən tarixdə karantin rejimi qaydaları pozulub və polislər qanuna müvafiq olaraq tədbir görüblər.

Xəbər xətti