Dünyanın məşhur televiziyalarından olan “Euronews” Azərbaycanın folklor mahnıları, xalq rəqslərindən süjet hazırlayıb.
Ucnoqta.az xəbər verir ki, süjetdə xalq rəqslərinin Azərbaycan mədəniyyətində xüsusi yer tutması vurğulanır.
Qeyd edilir ki, Azərbaycanın folklor mahnıları və xoreoqrafiyası ilə birləşərək milli rəqsləri təşkil edir.
Azərbaycan xalq rəqsinin mənşəyi yüz illərlə yaşı olan tarixə və irsə gedib çıxır. Zərifliyi və atletik hərəkətləri böyük harmoniya ilə birləşdirən rəqslər üslubca dərin fərqlərə malikdir.
Telekanal vurğulayıb ki, 1938-ci ildə yaradılan Azərbaycan Dövlət Rəqs Ansamblı hər il dünyanı gəzir.
Milli paltar, saç düzümü və bəzəklə bağlı heç bir detal unudulmur. Rəqs rejissorunun vəzifəsi təkcə hərəkətləri deyil, həm də geyimləri nümayiş etdirən maraqlı proqram hazırlamaqdır.