Mobil nömrə ilə şəxsi məlumatlarınız oğurlana bilər

08:21 - 8 Yanvar 2022 - DİGƏR

Fırıdaqçılar mobil nömrəni bilməklə demək olar ki, istənilən şəxsi məlumatı - soyad və ad, yaşayış yeri, bank hesabına giriş, hətta fotoşəkilləri əldə edə bilərlər.

Bu barədə Rusiyada “İnfosistemı Jet” şirkətinin “Jet CSIRT” İnformasiya Təhlükəsizliyi Monitorinqi və İnsidentlərə Müdaxilə Mərkəzinin analitiki İqor Fits xəbərdarlıq edib.
Fitsin sözlərinə görə, bu ona görə baş verir ki, istifadəçilər nömrəni tətbiqlərə bağlamalı olur. Halbuki bu proqramların çoxunda müştərilərin şəxsi məlumatlarının qorunmasına məhəl qoyulmur.

“Bəzən onlar sızaraq “DarkNet”ə düşür və oradan da fırıldaqçıların əlinə keçir”, - deyə Fits əlavə edib.
Ekspert hesab edir ki, şəxsi məlumatları internetdə dərc etməyə dəyməz - bu, təkcə istifadəçini deyil, həm də onun yaxınlarını təhlükə altına qoyur.///oxu.az

Xəbər xətti