2024-cü ilin sonunadək Azərbaycanın bütün ərazisi internetlə təmin olunacaq – Rövşən Rüstəmov

12:12 - 8 Dekabr 2021 - Cəmiyyət

2024-cü ilin sonunadək Azərbaycanın bütün ərazisi internetlə təmin olunacaq.

Ucnoqta.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov bu gün Bakıda keçirilən 5-ci Beynəlxalq bank forumunda çıxışı zamanı deyib.

"Nazirliyimiz dayanıqlı nağdsız ödənişlərin təmin olunması üçün zəruri internet infrastrukturunu yeniləyib. Əhalinin 85 faizi internetə çıxış imkanına malikdir və bu, bir sıra digər ölkələrlə müqayisədə dəfələrlə yüksəkdir. Biz ölkə ərazisinin, təkcə şəhərlərin deyil, həm də bölgələrin 2024-cü ilin sonunadək internetlə təmin olunması üçün meqa layihələr işə salmışıq. İnternetə çıxışı olmayan 700-ə yaxın yaşayış məntəqəsi internetlə təmin olunacaq. Biz bu layihəyə strategiya kimi yanaşırıq. Ucqar yaşayış məntəqələri biznesin yaradılması üçün dayanıqlı deyil və biz bu məntəqələri şəhərlərlə bərabərləşdirmək istəyirik", - deyə o, bildirib.

Xəbər xətti