Ötən gün 30 nəfər toya buraxılmayıb, 6 nəfər cərimələnib

11:23 - 8 Dekabr 2021 - Xəbər

Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri dekabrın 7-də Bakıda və respublikanın digər ərazilərində 135 toy şənliyinin monitorinqini aparıblar.

DİN-in mətbuat xidmətindən Ucnoqta.az-a bildiriblər ki, monitorinqlər 129 şadlıq sarayında, 6 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 6 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib. COVID-19 pasportu olmadığına görə 30 nəfər toy şənliklərinə buraxılmayıb.

Xəbər xətti