ABŞ kəşfiyyat təyyarəsi Azərbaycan sərhədində

16:04 - 5 Dekabr 2021 - DÜNYA

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus kəşfiyyat təyyarəsi Krım sahillərində qeydə alınıb.

Axar.az xəbər verir ki, bu barədə “PlaneRadar” məlumat yayıb.

“ABŞ Hərbi Hava Qüvvələrinin “Boeing RC-135V Rivet Joint” radioelektron kəşfiyyat təyyarəsi Krit adasının Suda aviabazasından qalxaraq Rusiyanın Qara dəniz sahilləri boyunca kəşfiyyat uçuşları aparıb”, - məlumatda qeyd olunub.

Bildirlib ki, daha sonra kəşfiyyat təyyarəsi Gürcüstanın hava məkanında Ermənistan və Azərbaycan sərhədi boyunca uçub.

Xəbər xətti