Ələt-Astara yolunda qəza - 5 nəfər xəsarət alıb

13:43 - 1 Dekabr 2021 - HADİSƏ

Ələt – Astara yolunda baş verən avtomobil qəzası nəticəsində Kliniki Tibbi Mərkəzə müxtəlif bədən xəsarətləri ilə 5 nəfər daxil olub.

KTM-dən APA-ya bildirilib ki, təcili tibbi yardım avtomobili ilə gətirilən hər bir yaralıya dərhal ilkin tibbi yardım göstərilib.
Yaralılar 2020-ci il təvəllüdlü Məryəm Əlizadə, 2018-ci il təvəllüdlü Zeynəb Əliyeva, 1998-ci il təvəllüdlü Simuzər Əliyeva, 1978-ci il təvəllüdlü Gültəkin Bayramova və 1970-ci il təvəllüdlü Aybəniz Çağlardır.

Xəbər xətti