Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
APA-nın məlumatına görə, türkiyəli nazir bu barədə “Twitter” hesabında yazıb.
“Can Azərbaycanın xarici işlər naziri, dəyərli qardaşım, Ceyhun Bayramovla bölgəmizdəki son prosesləri müzakirə etdik. Birlikdə çalışmağa davam edəcəyik”, - deyə türkiyəli nazir qeyd edib.