Samuxda piyadanı maşın vurub

23:03 - 26 Noyabr 2021 - HADİSƏ

Samuxda piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əhmədbəyli kəndində qeydə alınıb.

Hərəkətdə olan "QAZel" markalı avtomobil yolu keçmək istəyən İlqar Quliyevi vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti