Elman Rüstəmov bu vəzifəsindən azad edildi - Yeni TƏYİNAT

12:33 - 26 Noyabr 2021 - Xəbər

Elman Rüstəmov Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti vəzifəsindən azad edilib.

Ucnoqta.az xəbər verir ki, noyabrın 26-da Gənclər və İdman Nazirliyində Azərbaycan Şahmat Federasiyasının iclası keçirilib.

AŞF-də vitse-prezident kimi çalışan, həm də Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti olan Mahir Məmmədov 4 il müddətinə federasiyanın prezidenti seçilib.

O, bu postda 2007-ci ildən çalışan Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovu əvəzləyib.

Xəbər xətti