"Məktəbdən şagirdin qaçırılması ilə bağlı fakt yoxdur" - BŞTİ müdiri

15:53 - 25 Noyabr 2021 - Cəmiyyət

Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva 188 saylı məktəbdən çıxan zaman azyaşlının qaçırılması ilə bağlı məsələyə münasibət bildirib.

Ucnoqta.az xəbər verir ki, İdarə müdiri jurnalistlərə açılmasında deyib ki, məktəblərin çoxunda kamera və mühafizə xidməti var: "Hər hansı məktəbdən şagirdin qaçırılması ilə bağlı fakt yoxdur. Belə hal olubsa da məktəbdən kənarda olub. Belə hadisələrlə bağlı isə hüquq-mühafizə orqanları məşğul olur".

Dövlət Komitəsi məcburi köçkünlərin onlara verilmiş yaşayış sahələrindən çıxarılmasına aydınlıq gətirib
Beynəlxalq Türk Akademiyası Zəfər Günü münasibətilə bəyanat yayıb
Avtomobil Federasiyasının təşkilatçılığı ilə yolsuzluq avtomobillərinin yürüşü keçirilib - FOTO

M. Vəliyeva valideynlərə müraciət edərək bildirib ki, övladlarına qarşı diqqətli olsunlar: "Cəmiyyət olaraq uşaqları diqqətdə saxlamalıyıq. Bu, təkcə məktəbin yox, valideynin yox, ümumilikdə cəmiyyətin borcudur. Hər kəs bu məsələyə həssas yanaşmalıdır".

Xəbər xətti