Azərbaycanda maşın alıb-satmaq QAYDALARI DƏYİŞİR

18:37 - 24 Noyabr 2021 - AVTO

Azərbaycanda avtomobil satışı ilə bağlı yeni qayda müəyyən edilir.

Bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Nağdsız hesablaşmalar haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, avtomobil satışı üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək. Dəyişikliklər səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Qeyd edək ki, “Nağdsız hesablaşmalar haqqında” Qanunda pərakəndə ticarətdə nağd hesablaşmalar üçün nəzərdə tutulan limit də 4 min manat məbləğində müəyyən edilib.

Xəbər xətti