“Facebook”, “Instagram” və “WhatsApp”ın işində problem yaranıb

22:19 - 19 Noyabr 2021 - DİGƏR

Müxtəlif ölkələrdə internet istifadəçiləri “Facebook”, “Instagram” və “WhatsApp”dan istifadədə problem yaranıb. APA-nın “Downdetector” saytına istinadən xəbərinə görə, istifadəçilər şəxsi hesablarına girməyə və xidmətlərdən istifadə etməyə çətinlik çəkirlər. Problemlə bağlı ilk məlumatlar təxminən 1 saat əvvəl daxil olmağa başlayıb. ABŞ, Almaniya, Niderland, Britaniya, İtaliya, Fransa və Rusiyadakı istifadəçilər daha çox çətinliklə qarşılaşıblar.

Xəbər xətti