“Whatsapp”ın biznes hesablarında YENİLİK

20:32 - 19 Noyabr 2021 - DİGƏR

Məşhur mesajlaşma platforması “Whatsapp” türk mühəndisin hazırladığı yeni funksiyasını təqdim edib.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, təqdim olunan özəllik sayəsində biznes hesablarından göndərilən mesajları istifadəçilər qiymətləndirə biləcək.

Bunun üçün biznes hesabları ilə olan söhbətlərə gələn mesajı basılı tutaraq və açılan menyudan “Rate” seçiminə klikləmək kifayətdir. Bu zaman müvafiq mesaja 1-dən 5-ə qədər bal vermə imkanınız olacaq.

Qeyd edək ki, proses anonim həyata keçiriləcək.

Xəbər xətti