Bakı - Şamaxı yolunda ağır qəza: Xəsarət alanlar var – VİDEO

20:19 - 27 Oktyabr 2021 - HADİSƏ

Bakı - Şamaxı yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. 

Oxu.Az xəbər verir ki, hadisə rayonun Ceyrankeçməz kəndində olub. 

Hərəkətdə olan VAZ 2107 markalı minik avtomobili ilə "Niva" markalı avtomobil toqquşub.

Hadisə zamanı avtomobildə olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Xəbər xətti