Mbappe "Real Madrid"lə razılaşıb

00:20 - 27 Oktyabr 2021 - İDMAN

Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappe 2021/2022 mövsümünün sonunda İspaniya "Real Madrid"inə keçəcək.

"Report"un məlumatına görə, belə bir iddia ilə "Sky Sport"un jurnalisti Canluka Di Martsio çıxış edib.

Onun sözlərinə görə, 23 yaşlı hücumçu artıq Madrid təmsilçisi ilə şəxsi müqaviləsinin detallarını razılaşdırıb. Onun gələn ilin fevralından sonra rəsmi sözləşməyə imza ata biləcəyi vurğulanıb. Gənc forvardın artıq yekun qərarını verdiyi və İspaniyaya yollanacağı bildirilib.

Qeyd edək ki, Kilian Mbappe 2017-ci ildən PSJ-də çıxış edir.

Xəbər xətti