Müdafiə Nazirliyi məlumat yaydı: Bir qrup hərbi vəzifəli ...

14:50 - 24 Oktyabr 2021 - Xəbər

Ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb olunacağı təlim toplanışı keçiriləcək. 

Ucnoqta.az bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün hazırlıq planına əsasən oktyabrın 25-dən n nömrəli hərbi hissədə hərbi təlim toplanışı keçiriləcək. Əsas məqsəd onların döyüş hazırlığının səviyyəsini, bilik və bacarıqlarını artırmaqdır.

Təlim toplanışı noyabrın 6-dək davam edəcək.

Xəbər xətti