Azərbaycan millisi böyük hesabla uduzdu

00:19 - 21 Oktyabr 2021 - İDMAN

Qadınlardan ibarət  U-19 millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununu keçirib.

Ucnoqta.az xəbər verir ki, komanda Norveç millisi ilə qarşılaşıb. Görüş yığmamızın böyükhesablı məğlubiyyəti ilə nəticələnib - 0:7.

 
Vüqar Əsgərlinin rəhbərlik etdiyi komanda növbəti matçını oktyabrın 23-də italiyalı həmyaşıdlarına qarşı keçirəcək. Millimiz A Liqasının 7-ci qrupunda İtaliya, Norveç və Polşa ilə maübarizə aparır. 

Xəbər xətti