Daha bir məktəb distant tədrisə keçdi

20:05 - 19 Oktyabr 2021 - Cəmiyyət

Paytaxtdakı 322 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Bu barədə Ucnoqta.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məktəbdə COVID-19 infeksiyasına yoluxma halları ilə əlaqədar məktəbin fəaliyyəti müvəqqəti dayandırılıb.

Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 322 nömrəli məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

Xəbər xətti