Azərbaycan əhalisinin sayı artıb

13:26 - 19 Oktyabr 2021 - Cəmiyyət

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 25948 nəfər və ya 0,3 faiz artaraq 2021-ci il sentyabr ayının 1-i vəziyyətinə 10 145 081 nəfərə çatıb.

Ucnoqta.az xəbər verir ki, əhalinin 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Yanvar – avqust aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-avqust ayları ərzində 73177 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 11 təşkil edib. Doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 53,4 faiz, qızların xüsusi çəkisi isə 46,6 faiz olub.

Körpələrdən 1862-si əkiz, 51-i üçəm, 4-ü isə dördəm doğulub.

Xəbər xətti