Qubada ağır yol qəzası olub, ölənlər və yaralananlar var - Foto

Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində ağır yol qəzası olub.

“Report”un məlumatına görə, Alekseyevka kənd sakini, 1973-cü il təvəllüdlü Kamil Atabala oğlu Allahverdiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Hadisə zamanı 3 nəfər ölüb, daha 2 nəfər yaralanıb.

Yaralılar Qubar Diaqnostika Mərkəzinə yerləşdirilib. Lakin onlardan birinin həyatını xilas etmək mümkün olmayıb. Qəza zamanı xəsarət alan digər yaralının da vəziyyəti ağırdır.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tarix
17 Oktyabr 2021 [00:00]
Müəllif
Üç nöqtə
2021-10-17 00:00:31
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin