Daxili işlər orqanlarında yeni TƏYİNAT

09:39 - 20 Sentyabr 2021 - Xəbər

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub. 

Ucnoqta.az xəbər verir ki, Oxu.az-ın əldə etdiyi məlumata görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Bədirşah Vəlimətov Ucar Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin rəisi təyin olunub.

O, bu təyinata qədər Siyəzən RPŞ-nin İstintaq Bölməsinin rəisi işləyib.

Xəbər xətti